0 şərh  |  Şərh yaz
Brend: Yves Saint Laurent
Model: Majestic Rose
Mövcudluq: Anbarda
AZN 99.75

Mövcud seçimlər

Yves Saint Laurent - Majestic Rose

Yves Saint Laurent - Majestic Rose - 2013-cü ildə Yves Saint Laurent qadınlara təəccüblü şərq çiçəkli kokteyl Yves Saint Laurent - Majestic Rose ətrini təqdim etdi. Ətir Şərq kolleksiyası xəttinin davamıdır, və bu kolleksiyada təklif olunan hər bir ətir özünəməxsusluğu ilə diqqət çəkir. Kompozisiya zərif məxmər hissiyatı ilə öz gücünü və komfortunu hiss etdirir. Ətrin daxilindəki may çiçəyi ilə istifadəçi hər istifadə zamanı yay təravətini hiss edir və bundan zövq ala bilir. Buket Yves Saint Laurent - Majestic Rose çoxsaylı çiçək və şərq aromatlarından hazırlanmışdır. Ətrin üst notlarında xüsusi bir cazibədarlığı - yetişmiş moruğun şirin tonlarını və bir may gülünün ətirli gücünü hiss edə bilərsiniz. Zəfəranın ecazkar acı-ədviyyatlı qoxusu onu digər şirin aromatlardan fərqləndirir və bu ətirdə acı və şirin ətirlərin möhtəşəm kompozisiyası ortaya çıxır. Xüsusi günlərdə özününzü daha özəl hiss etmək üçün tək ehtiyacınız olan Yves Saint Laurent - Majestic Rose ətridir.


Bu məhsul üçün şərh yazılmayıb.

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
Təsadüfi məhsullar