Sospiro Opera
Sospiro Opera parfümünün incəliyi və lüksü şüşənin dizaynında da müşahidə olunur və bu dizaynı bəyənən bir çox istifadəçi də bunu təsdiqləyir. Kompozisiya keyfiyyətli ətirin necə olduğunu bilənlər üçün yaradılmışdır və bu səbədən xüsusi hesab olunur. Bu ətrin yaradıcısı olan Chris Maurice üçün ilham mənbəyi klassik musiqi idi. Sospiro Opera, ballı karamel və şirin meyvələrin qarışığı ilə hiss olunur. Ətrin daxili ədviyyatlı yumşaq vanil və müşk qoxusu ilə və iynəyarpaqlı ağacların aromatı ilə təmsil olunur. Sospiro Opera, müasir və klassik çalarların bir birinə möhtəşəm şəkildə qarışdırıldığı ətirlərdəndir. Bu ətirdə həm keçmiş həm gələcək hiss olunur. Qadının və kişinin bərabərliyini təmsil edən bu ətir dünyada ədaləti, sevgini və sülhü hər şeydən daha dəyərli hesab edən bəylərə və xanımlara həsr olunmuşdur.
Qrupu | |
Qrupu | Gül, Şərq |
Tərkibi | |
Üst notlar | Meyvə notları, Qızılgül |
Orta notlar | Dəri, Hind qozu, İlanq-İlanq, Ənbər |
Baza notlar | Müşk, Paçuli, Sidr, Vanil, Vetivera |