Sospiro Laylati
Sospiro Laylati ətrinin içərisində heç bir spirt qarışığı yoxdur, əksinə, hər bir komponent təbii meyvə və çiçək aromatlarından hazırlanmışdır. Kompozisiya 2011-ci ildə yaradılıb və ictimaiyyətə təqdim olunub. Parfümün ilk damcılarından etibarən, inanılmaz dərəcədə şirin və zərif qoxu bədənə yayılır və istifadəçini xoşbəxt edir. Ətrin daxili komponentləri iynəyarpaqlı ağacların və meşə giləmeyvələrinin qarışığından hazırlanmışdır. Bütün kompozisiyanın nəcibliyini və zənginliyini yaradan isə müşk, vanil və tütünün aromatlarıdır Sospiro Laylati, yayda görünüşünüzü hiss olunacaq dərəcədə dəyişdirən və sizə inam verən bir ətirdir. Həm yay həm də qışda istifadə oluna bilən bu ətir sizə 4 mövsümdə yaz fəslinin təravətini və enerjisini verəcəkdir. Onun çox yönlü olması ona dünyada çox sayda pərəstişkar gətirdi.
Qrupu | |
Qrupu | Ağac, Fujer |
Tərkibi | |
Üst notlar | Yaşıl notlar |
Orta notlar | Paçuli, Sidr |
Baza notlar | Müşk, Tütün, Vanil |