Memo Paris Russian Leather
Memo Paris Russian Leather - Rus meşəsindən və onun sirrli xüsusiyyətlərindən, abu-havasından ilhamlanaraq, parfümer Eleanor Massenet, qəlbə və ruha xitab edən həssas və bir o qədər də saf bir ətir yaratdı. 2016-cı ildə Cuir Nomades kolleksiyasının tərkibi dəri çalarlarına həsr olunmuş Memo Paris Russian Leather ətri ilə tamamlandı. İlkin notlar bitki mənşəli ədviyyatlı bir qoxu ilə hiss olunur. Acı və ədviyyəli çalarları olan bu ətir şam ağaclarının təbiətini tamamilə hiss etdirən qoxusu ilə daha da möhtəşəm olmuşdur. Sidr və şamın iynəyarpaqlı ağac akkordları bu ətirə çox xüsusi bir özəllik verir. Lavantanın xoş və rahat tonu Memo Paris Russian Leather ətri üçün zəriflik və xoş aura gətirir. Memo Paris Russian Leather uniseks ətir olaraq hazırlansada çox zaman xanımlar tərəfindən daha çox istifadə olunur və onların kolleksiyalarını bəzəyir.
Qrupu | |
Qrupu | Dəri |
Tərkibi | |
Üst notlar | Reyhan, Sidr, Keşniş, Şam ağacı |
Orta notlar | Lavanda, Hind qozu, Nanə, Rozmarin |
Baza notlar | Tonka lobyası, Quayak ağacı, Sərv, Dəri, Paçuli, Sürvə |