Kilian Back to Black Aphrodisiac
Kilian Back to Black Aphrodisiac sözün əsl mənasında şərq ekzotikliyi ilə doldurulmuşdur və ilk aromatları "Min bir gecə" sehrinin pərdəsini istifadəçi üçün aralayır. Bu çiçəkli-ədviyyatlı ətrin təsiri altında, ətrafınızdaki hər kəsi bir müddətlik də olsa nağıllar aləminə apara biləcəksiniz. Kilian Back to Black Aphrodisiac ətrinin son aromatı tədricən ortaya çıxır və onu istifadə edərkən bu aromat dəqiq şəkildə hiss olunur. Şərqin mistik abu-havasını və sehrini hər istifadə zamanı sizə hiss etdirən bu ətirdə özünüzü nağıl qəhrəmanı kimi hiss edəcəksiniz. Meqapolisin ortasında bunu hiss etdirə bilmək yalnız Kilian Back to Black Aphrodisiac ətrinə xas ola bləcək bir xüsusiyyətdir. Əgər siz də digərlərindən çox fərqli lakin öz ruhunuza və hisslərinizə yaxın ola biləcək bir ətir axtarışındasınızsa bunun üçün Kilian Back to Black Aphrodisiac bəs edər.
Qrupu | |
Qrupu | Ağac, Şərq |
Tərkibi | |
Üst notlar | Berqamot,Hil. Hind qozu, Zəfəran |
Orta notlar | Bal. Çobanyastığı, Keşniş, Moruq, Olibanum (Büxur), Palıd. Sidr |
Baza notlar | Albalı, Badam, Benzoin, Labdanum, Paçuli, Tonka lobyası, Tütün, Vanil, Zəncəfil pryaniki, Ənbər, Ətirşah |