Hermes Twilly d’Hermes
Hermes Twilly d’Hermes ətri ən gənc, zərif, yaraşıqlı, həssas və cazibədar bəylər üçün xüsusi olaraq hazırlanmışdır. Yabanı çiçəklərin ətri, oud ağacının aromatı və zəfəran aromatı bu ətirdə ustalıqla birləşdirilmişdir. Bu ətir daha çox isti yay günlərində sahibini sərinlətmək və ona meşə təravətini vermək üçün hazırlanmışdır. Ətir ilk olaraq dəridə yayıldıqda zəfəranın zərif toxunuşu hiss olunurı. Bu parfümeriya kompozisiyasının qəlbində unudulmaz bir iz qoyan səndəl ağacının aromatı hiss olunur. Çəhrayı zəncəfilin nəfəs kəsən qoxusu sahibini ilk istifadədən etibarən sərxoş edir və ona xarizma qatır. Başqalarının diqqətini necə cəlb etməyi bilmirsinizsə, Hermes Twilly D'hermes ətirindən istifadə etməklə bunu həyata keçirə biləcəyinizə əmin ola bilərsiniz. Bu ətir gündəlik istifadə üçün deyil daha çox xüsusi görüşlər üçün dizayn olunmuşdur. Ətirin özü qədər şüşəsi də olduqca qeyri-adi və fərqlidir. Qapaq olaraq istifadə olunan kiçik qara şlyapa ətir sahibinin necə kübar və nəzakətli olmasından xəbər verir. Həmçinin bu ətirin yumşaq toxunuşları qədər sərt və yaddaqalan toxunuşları da hiss olunur və məhz bu sərt aromatlar qarşı cinsin diqqətini cəzb edir.
Qrupu | |
Qrupu | Gül, Ədviyyatlı |
Tərkibi | |
Üst notlar | Berqamot, Naringi (Mandarin), Zəncəfil |
Orta notlar | Portağal çiçəyi, Sünbülçiçək, Yasəmən |
Baza notlar | Səndəl ağacı, Vanil |