Guerlain L`Homme Ideal
Guerlain L`Homme Ideal ətrinin sehrli tarixi 2014-cü ildə istifadəçilərə təqdim olundu. Bu ətir kokteyli ilə Guerlain, mükəmməl insanı necə gördüyünü göstərdi. Bu ətir güclü cinsin güclü, ağıllı və gözəl nümayəndəsinin obrazını təsvir edir. Həmçinin bu ətir qadınlarda sirr, ehtiras və cazibədarlıq duyğularını oyandırır və müsbət abu-hava yaradır. Zərif kompozisiya klassik sadə üslubda hazırlanmış zövqlü bir qabda istifadəçilərə təklif olunur. Zəriflik, lüks və təbii cazibə Guerlain ətirinin əsas xüsusiyyətləridir. Həssas kokteyl, sitrus meyvələrinin aromatlarını istifadəçiyə hiss etdirir və bu aromatlar ətirdə badam yağı ilə səssiz şəkildə qarışır. Həmçinin vanil və iris bu ətirə özünəməxsus bir aromat verir və bu da Guerlain L`Homme Ideal ətrinin əsasını təşkil edir. Xüsusilə isti yay axşamları və qonaqlıqları zamanı istifadəçiyə müsbət aura bəxş edən bu ətir həm də işgüzar görüşlər zamanı da istifadə oluna bilər bir neçə rəqibi kimi bu ətir də lüks ətirlər kolleksiyasına aid edilir. Bunun səbəbi isə bu ətirin daxilində istifadə olunan oud ağacının aromatıdır.
Qrupu | |
Qrupu | Ağac, Fujer |
Tərkibi | |
Üst notlar | Portağal, Portağal çiçəyi, Rozmarin, Sitrus |
Orta notlar | Badam, Tonka lobyası |
Baza notlar | Ağ sidr, Dəri, Vetivera |