Giorgio Armani Acqua Di Gio
Giorgio Armani Acqua Di Gio - Armani, bəlkə də dünyanın ən məşhur markalarından biridir. Armani moda evi uzun və təqdirəlayiq bir keçmişə sahibdir. İllərin təcrübəsi, hər zaman üstün olmaq arzusu ilə bu moda evi dünyada sevilir. Giorgio Armani-nin ətir kolleksiyası bütün dünyada mövcuddur. Armani Acqua Di Gio ətri bu kolleksiaların arasında ən populyar olanıdır, baxmayaraq ki, tarixi 1998-ci ildə başlamışdır. Məhz bu zaman ətir bir qadın ətrinin davamı olaraq işıq üzü gördü. Və o vaxtdan bəri o, ən yaxşı kişi ətirləri sırasına daxil oldu. Belə böyük populyarlıq, onu icad edən, inkişaf etdirən və istehsal edən ətriyyatçıların əməyidir. Həqiqətən Armani Acqua Di Gio təzə küləyin, dəniz dalğalarının sərinliyi, günorta günəşinin istisi, gecənin gizli ehtirası və parlaq səhər şəfəqinin heyrətamiz bir tərkibidir. Ən dərində yatmış olan hissləri belə oyatma qabiliyyətinə qadir olan bu ətir nümunəsi ilə bütün görüşlərdə unudulmaz olmaq artıq o qədər də çətin deyil. Giorgio Armani Acqua Di Gio ətrinin cəmi bir neçə damlası kifayət edəcəkdir ki, siz gün boyu enerjili və təravətli olan bu ətrin təsiri altında olasınız.
Qrupu | |
Qrupu | Fujer, Su |
Tərkibi | |
Üst notlar | Berqamot, Jasmin, Laym, Limon, Naringi (Mandarin), Neroli, Portağal |
Orta notlar | Ağ freziya, Bənövşə, Dəniz suyu, Hind qozu, Jasmin, Kalon, Keşniş, Qızılgül, Rozmarin, Şaftalı, Siklamen, Sünbülçiçək, Əspərək |
Baza notlar | Ağ sidr, Müşk, Paçuli, Palıd mamırı, Ənbər |